Zəngilanda bir nəfər çayda boğulub

22:38 04.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zəngilanda bir nəfərin suda boğulduğu bildirilir.

Hafta.az xəbər verir ki, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, bir kişinin çayda boğulduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və dalğıc-axtarış qrupu cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.